İQTİSADİYYAT


Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilənir

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastruktur yenilənir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəmir yolunda infrastrukturun yenilənməsi, xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yenilənməsi görülən işlərin əsas tərkib hissəsindən biridir. Hazırda Biləcəri və Xırdalan stansiyalarında platformaların tikintisi və turniketlərin quraşdırılması davam edir.

Biləcəri vağzalında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platformanın beton işləri başa çatıb. Turniketin quraşdırılması davam edir.

Xırdalan stansiyasında isə platformanın istinad divarları tikilib. Betonlaşma işi başa çatandan sonra turniketin quraşdırılmasına başlanacaq. İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.