İQTİSADİYYAT


Bakı-Sumqayıt elektrik qatarının xidmətlərindən istifadə edən bir milyonuncu sərnişin bəlli olub

Bakı, 6 yanvar, Elvin Camalov, AZƏRTAC

Yanvarın 6-da Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən bir milyonuncu sərnişin bəlli olub.

AZƏRTAC xəbər verir ki, biletin sahibi Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Leyla Hüseynzadə olub. “Azərbaycan Dəmir Yolları” QSC Sərnişin daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov Leyla Hüseynzadəni bir milyonuncu sərnişin olması münasibətilə QSC rəhbərliyi adından təbrik edib, ona biznes-klass vaqonunda iki ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr təqdim edib və bildirib ki, təxminən 6-7 ay ərzində artıq 2 milyonuncu sərnişin bəlli olacaq. Bakı-Sumqayıt-Bakı qatarı istiqamətində Xırdalan və Biləcəri stansiyaları istifadəyə verildikdən sonra sərnişinlərin sayı 2 dəfə artıb və gün ərzində 5 mindən artıq sərnişin daşınır.

QSC-dən, həmçinin bildiriblər ki, “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artır. Gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.