İQTİSADİYYAT


Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi davam edir  VİDEO

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun uzunluğu 6,3 kilometr, eni isə 16 metr təşkil edir. Layihəyə uyğun olaraq yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri yerlərdə piyada səkilərinin tikintisi nəzərdə tutulur.

Layihə çərçivəsində yol yatağının yararsız qruntu 1,8–2 metr dərinlikdə qazılaraq çıxarılıb, karbonat materialı tökülərək kipləşdirilib. Hazırda yol əsasının tikintisi və buna paralel olaraq asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 80 min kvadratmetr sahəsinə üçqat asfalt salınacaq.

Nəqliyyatın hərəkətinin nizamlanması üçün zəruri yerlərdə yol nişanları qoyulacaq, yol cizgi və yol göstərici xətləri çəkiləcək, həmçinin 12 yeni avtobus dayanacağı quraşdırılacaq.

Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə nəqliyyat vasitələrinin şəhərə daxil olmadan Quba, Şamaxı, Astara və Qazax istiqamətlərinə və əksinə çıxışı təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.