İQTİSADİYYAT
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərində partlayış baş verib
Bakı, 4 avqust, Nihat Budaqov, AZƏRTAC
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundan keçən hissəsində partlayış baş verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Qars valisi Günay Özdəmir partlayışın baş vermə səbəblərinin hələlik məlum olmadığını, bununla bağlı araşdırmaların davam etdirildiyini bildirib. Vilayətin bəzi bölgələrində qaz nəqlinin kəsildiyini deyən vali lazımı tədbirlərin görüldüyünü, yanğının meşə ərazisinə sıçramasının qarşısının alındığını qeyd edib.
Xatırladaq ki, “Şahdəniz” layihəsinin operatoru olan bp şirkəti illik iş proqramına əsasən avqustun 2-dən “Şahdəniz” platformasının, həmçinin Səngəçal terminalındakı Şahdəniz qurğularının təxminən 20 gün ərzində planlaşdırılmış dayandırılması proqramını həyata keçirir. Plana uyğun olaraq profilaktik, inspeksiya və layihə işlərinin səmərəli aparılması məqsədilə “Şahdəniz” platformasından hasilat avqustun 2-dən başlayaraq tədricən azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]