İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu Avropa üçün mühüm əhəmiyyət kəsb edir

Tbilisi, 12 iyun, AZƏRTAC 

İyunun 12-də Tbilisidə Bakı-Tbilisi-Qars yeni (BTQ) dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçirilib. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, koordinasiya şurasinın həmsədri Qeorqi Çerkezişvili olkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolu və digər regional layihələrin münasibətlərimizin inkişafında mühüm rol oynadiğını bildirib.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri, koordinasiya şurasının həmsədri Cavid Qurbanov bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq.

Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər olan hissəsində gedən reabilitasiya, yenidənqurma və yolun tikintisi, “Marabda-Kartsaxi” dəmir yolunun 2017-ci il üçün büdcəsi, Marabda-Turkiyə dəmir yolunun yeni bərpa və yenidənqurma işləri üzrə müqaviləyə dəyişikliklərin olunması, Zalqa-Axalkələk keçid məntəqəsinin vəziyyəti, Axalkələk-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub. İclasda, həmçinin koordinasiya şurasının 24-cü iclasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.

İclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Neft Fondunun layihələr şöbəsinin müdiri Rəhim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.