İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına təkan verəcək

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

Gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması gözlənilir ki, bu, şübhəsiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına təkan verəcək. “Biz TBNM-in infrastruktur tərkibini praktiki təmin edib, alternativ quru yolları və dəniz nəqliyyatları ilə yüksək rəqabət şəraitində marşrutun inkişafı və onun cəlbediciliyinin artırılması istiqamətində məsələlərin həllində diqqətimizi cəmləməliyik”.

AZƏRTAC “Qazaxıstan dəmir yolları milli şirkəti” Səhmdar Cəmiyyətinin saytına istinadla xəbər verir ki, bu fikri SC-nin vitse-prezidenti Kanat Allısbayev Aktauda Xəzər və Qara dəniz regionları nümayəndələrinin iştirakı ilə “Qazaxıstanın tranzit potensialı. Xəzər və Qara dəniz regionu ölkələrində effektiv logistika” mövzusunda keçirilmiş beynəlxalq konfransda səsləndirib.

Tədbirdə Qazaxıstan Respublikasının nazirlik və idarələrinin, “Qazaxıstan dəmir yolları milli şirkəti” SC-nin, Avrasiya İqtisadi Komissiyasının, Türkiyə, Azərbaycan, Gürcüstan, Ukrayna, İran və Litvanın dəmir yolları administrasiyalarının, nəqliyyat-logistika şirkətlərinin nümayəndələri iştirak ediblər.

Beynəlxalq konfrans çərçivəsində, həmçinin “Avrasiya qitələrarası beynəlxalq nəqliyyat marşrutlarının inkişafı. Avropa iqtisadi İnteqrasiyası çərçivəsində “Нұрлы жол” və İqtisadi Kəmər – İpək Yolu” proqramlarının əlaqələndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir iştirakçıları Xəzər və Qara dənizlərindən istifadə etməklə multimodal nəqliyyat marşrutlarının səmərəliliyinin artırılması, TBNM-in inkişafı, islahatlar şəraitində işlərin təşkili, Aktau limanı və digərləri vasitəsilə yüklərin daşınması məsələlərini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.