İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu çərçivəsində Qarsda logistik mərkəz yaradılacaq

Tbilisi, 20 iyul, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Qarsda yeni logistik mərkəz yaradılacaq.

AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bununla əlaqədar Qarsda müqavilə imzalanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov dəmir yolunun Qars əyalətində davam edən inşaat işləri ilə tanış olub, imzalanma mərasimində iştirak edib.

C.Qurbanov “TRT Xəbər” telekanalına müsahibəsində deyib ki, bu yol istifadəyə verildikdən sonra özəl sektorun nümayəndələri –sahibkarlar ildə milyon ton yük göndərə biləcəklər. Gələcəkdə isə bu rəqəm artacaq.

“Bakı-Tbilisi-Qars layihəsi regionun inkişafını təmin edəcək”, - deyə, C.Qurbanov vurğulayıb.

O, həmçinin Qazaxıstan və Çindən gələcək yüklərin hesabına Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklərin ildə 500 min konteynerə qədər artacağına ümidvar olduğunu bildirib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.