İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Türkiyə hissəsində işlər son mərhələdədir

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Türkiyə hissəsində işlər son mərhələdədir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bu məlumat noyabrın 29-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan ilə keçirilən görüşdə səsləndirilib.

Səmimi və dostluq şəraitində keçən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısına gələcəkdə dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. Bildirib ki, bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi artıq dizel ilə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər.

İkitərəfli görüşdə, həmçinin Türkiyə və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması və digər məsələlər müzakirə olunub.

Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti haqqında danışıb. O bildirib ki, layihənin Türkiyə hissəsində işlər son mərhələdədir, qısa müddətdə başa çatdırılacaq və bununla da dəmir yolu vasitəsilə Çindən Avropaya birbaşa əlaqə qurulacaq.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.