İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin layihəsinin xəritəsi hazırlanıb

A+ A

Bakı, 11 oktyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin layihəsinin xəritəsi hazırlanıb.

AZƏRTAC “agenda.ge” saytına istinadla xəbər verir ki, xəritə Gürcüstan Dəmir Yolları İdarəsinin 144 illiyi münasibətilə coğrafiyaşünas Giorgi Balaxadze tərəfindən hazırlanıb.

Coğrafiyaşünas bu xəritənin hazırlanmasında xüsusi kartoqrafik və digital proqramdan istifadə edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu 826 kilometrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.