İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolunda işlərin 95 faizi yekunlaşıb

A+ A

Bakı, 31 yanvar, Elvin Camalov, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolunda işlərin 95 faizi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunda işlər fasiləsiz sutka ərzində davam etdirilir. “Hava şəraitinə baxmayaraq bu istiqamətdə dayanmadan çalışırıq. Qarşıdakı aylarda bu dəmir yolu istiqamətində sınaqlara başlayacağıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, hazırda Türkiyədə mövcud olan 30 dərəcəlik şaxtalı hava şəraitində tikinti işləri eyni vaxtda dörd fərqli istiqamətlər üzrə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.