İQTİSADİYYAT


Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisində tikintisi ilə bağlı işlərin 87 faizi başa çatıb

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisində tikintisi ilə bağlı işlərin 87 faizi başa çatıb.

AZƏRTAC “karsmanset.com” saytına istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan məlumat verib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə gedir və Qars çayı üzərində iki dəmir yolu körpüsü tikilir. Həmin körpülərin tikintisi ilə bağlı işlər başa çatmaq üzrədir.

Nazir qeyd edib ki, hədəf bu ilin sonunda dizellə çalışan ilk lokomotivi yola salmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.