CƏMİYYƏT
“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresin “Minimal invaziv müdaxilələr” bölməsi işini yekunlaşdırıb
Bakı, 27 may, Süleyman Qaradağlı, Günel Məlikova, AZƏRTAC
Xəbər verildiyi kimi, “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresi müxtəlif bölmələrdə işini davam etdirir. Konqresin “Minimal invaziv müdaxilələr” mövzusunda bölməsində mühazirələr başa çatıb.
AZƏRTAC xəbər verir ki, konqresin növbəti “Minimal invaziv müdaxilələr” bölməsi Ömər İşık, Rəşad Mahmudov, Firuz İbrahimov və Ülvi Mirzoyevin sədrliyi ilə keçirilib. Bölmədə Kamran Musayevin “Minimal invaziv ürək cərrahiyyəsi: Mərkəzi klinika təcrübəsi”, Cengiz Köksalın “Mitral qapaq təmirində dəyişən təməl prinsiplər və mikro-invasiv mitral qapaq təmiri”, Altuğ Tuncərin “Arkus aort cərrahiyyəsində hibrit yanaşma” və Otto Dapuntun “Ürək cərrahiyyəsində Perceval və Memo 3D-nin rolu” mövzularda məruzələri dinlənilib.