CƏMİYYƏT
“Bakı Ürək günləri” V Beynəlxalq Konqresi “Aorta cərrahiyyəsi” bölməsində müzakirələr aparılıb YENİLƏNİB
Bakı, 27 may, Süleyman Qaradağlı, Günel Məlikova, AZƏRTAC
“Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı ürək günləri” V Beynəlxalq Konqresinin “Aorta cərrahiyyəsi” bölməsində müzakirələr başa çatıb.
AZƏRTAC xəbər verir ki, bölmə azərbaycanlı mütəxəssislər Seymur Musayev, Nüsrəddin Abışov, Üzeyir Rəhimov və Rasim Cəfərovun rəhbərliyi altında keçirilib.
Bölmə iclasında Rezayat Pərvizinin “Kəskin aorta disseksiyası: müasir cərrahi texnikalar”, Mustafa Çıkırıkçıoğlunun“Tip A kəskinaorta disseksiyası: hansı texnika daha yaxşıdır?” və Şeref Alp Küçükerin “Aorta qapaq qoruyucu əməliyyatlar (reimplantasiya-remodeling)” mövzularında məruzələri dinlənilib.
Mövzular ətrafında müzakirələr aparılıb.
Konqres “Minimal invaziv müdaxilələr” bölməsində işini davam etdirəcək.