CƏMİYYƏT
“Bakı Ürək günləri” V Beynəlxalq Konqresinin ikinci günü başa çatıb
Bakı, 27 may, Süleyman Qaradağlı, Günel Məlikova, AZƏRTAC
“Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin ikinci iş günü “Yeni trendlər” bölməsində aparılan müzakirələrlə başa çatıb.
AZƏRTAC xəbər verir ki, konqresin həmin bölməsi tanınmış kardioloqlar Fuad Abdullayev, Fərid Əliyev, Rufulla Abdullayev, Qalib Qarayev və Vəsadət Əzizovun sədrliyi ilə keçirilib. Bölmədə Həsən Babazadənin “İnsan ürək toxuması mühəndisliyi: konsepsiya, yanaşmalar, proqress və biomühəndislik problemləri”, Ümit Kervanın “Ventrikül dəstək sistemlərində yeni trendlər” mövzularında məruzələri dinlənilib.
Konqres sabah öz işini davam etdirəcək.