MƏDƏNİYYƏT


Bakı Uşaq Teatrı “Qızıl çinar” mükafatına layiq görülüb

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində 11-ci Beynəlxalq Biləcik Teatr Festivalının açılış mərasimi keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı təmsil edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, mərasim kiçik konsert proqramı ilə başlayıb. Daha sonra tədbirdə üç sənətkara “Qızıl çinar” mükafatı təqdim edilib. Bu sənətkarlardan biri Bakı Uşaq Teatrının bədii rəhbəri, direktoru İntiqam Soltandır.

Bələdiyyə başçıları və dövlət rəsmilərinin iştirak etdikləri mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Nəbi Avcı teatr festivalının 10 ildən bəri uğurla keçirilməsindən söz açıb, qardaş ölkə Azərbaycanın bu tədbirdə təmsil olunmasının sevindirici hal olduğunu vurğulayıb. Nazir Bakı Uşaq Teatrının festivalda təqdim etdiyi “Vətən” və “Sıravi Dursun” tamaşalarının türkiyəli teatrsevərlər tərəfindən bəyəndiyini bildirib.

Festival noyabrın 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.