MƏDƏNİYYƏT


Bakı Uşaq Teatrı XI Beynəlxalq Bilecik Teatr Festivalında ölkəmizi təmsil edəcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı noyabrın 15-dən 30-dək Türkiyənin Bilecik şəhərində keçiriləcək XI Beynəlxalq Bilecik Teatr Festivalına dəvət alıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, festivalın rəhbəri Ercument Doğan, 2013-cü ildə “Türk xalqlarının teatrı” layihəsi çərçivəsində uğur qazanmış “Sıravi Dursun” tamaşasını festivalda oynanılan tamaşalar sırasında görmək istədiyini bildirib.

S.M.Qənizadənin “Dursunəli Ballıbadı” pyesi əsasında İntiqam Soltanın səhnələşdirdiyi “Sıravi Dursun” dramı hərbi xidmətdən yayınmaq istəyən, min bir bəhanə ilə uzun müddət tibb məntəqəsində qalan Dursundan bəhs edir.

Dramın məqsədi gənclərin vətənpərvərlik ruhunda aşılanmasıdır.

Pyesin quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimli, musiqi tərtibatçısı Rauf Hüseynlidir.

Rolları Cavanşir Məhərrəmov, İntiqam Soltan, Şahin Kazımov, Türkan Şahmarlı, Rauf Hüseynli, Rafael Muradxanlı və başqa aktyorlar ifa edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.