MƏDƏNİYYƏT


Bakı Uşaq Teatrı cəzaçəkmə müəssisələrində çıxış edib

Bakı, 10 dekabr, AZƏRTAC

Bakı Uşaq Teatrı 1, 2, 7, 10 və 17 saylı cəzaçəkmə müəssisələrində “Qeyri-adi məhkəmə” tamaşası ilə çıxış edib.

Bakı Uşaq Teatrının direktoru İntiqam Sultan AZƏRTAC-a bildirib ki, səhnə əsəri interaktiv üslubda - seminar tamaşa janrında hazırlanıb.

Ssenari müəllifi Arzu Soltan olan tamaşa narkomaniyadan əziyyət çəkən, həyatı məhv olan insanların çəkdiyi mənəvi və fiziki əziyyətindən bəhs edir. Əsərin qəhrəmanı sonda narkomaniyanı, SPİD-i və alkoqolu məhkəməyə verir. Bu xəstəlikdən əziyyət çəkən cəmiyyətin bütün təbəqələrindən olanlar məhkəmədə zərərçəkmiş və şahid qismində dindirilir, bütün fəlakətlərə qarşı həyəcan təbili çalınır.

Maarifləndirici əhəmiyyətə malik olan səhnə əsərinin daha 15 cəzaçəkmə müəssisəsində nümayişi planlaşdırılır.

Qeyd edək ki, tamaşa teatrın bədii rəhbəri və direktoru İntiqam Sultanın quruluşunda təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.