MƏDƏNİYYƏT


Bakı Uşaq Teatrı meydan tamaşalarına yekun vurub

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakı Uşaq Teatrı yay mövsümündə açıq havada təşkil etdiyi meydan tamaşalarına yekun vurub.

AZƏRTAC xəbər verir ki, teatrın yaradıcı kollektivi paytaxtın mərkəzi meydanlarından birində tamaşaçılarla son görüşünü gerçəkləşdirib. Tədbir çərçivəsində balacalar üçün şən mahnılardan ibarət konsert və rəqslərdən ibarət əyləncəli proqramlar təşkil olunub. Meydan tamaşalarında uşaqların marifləndirilməsi ilə yanaşı , onların yay tətili günlərində vaxtlarının asudə və səmərəli keçirilməsi məqsədilə bir çox nağıl tamaşalar səhnələşdirilərək maraqlı müsabiqələr təşkil edilib.

Bundan başqa, mövsüm ərzində teatr uşaqların gələcəkdə pis vərdişlərdən uzaq olması üçün maarifləndirmə xarakterli layihələr də təşkil edib.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan meydan tamaşaları Bakı Uşaq Teatrı tərəfindən növbəti aylarda paytaxtın bir sıra rayonlarında nümayiş olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.