MƏDƏNİYYƏT


Bakı Uşaq Teatrı yeni mövsümünü açıb

Bakı, 1 oktyabr, AZƏRTAC

H.Sarabski adına Bakı Uşaq Teatrında yeni mövsümün açılışı olub.

Teatr yeni mövsümü Abdulla Şaiqin "Danışan gəlincik”, “Ağıllı tülkü”, Arzu Soltanın “Dovşanın evi” səhnə əsərləri ilə açıb.

Çoxdan repertuarda olan “Ağıllı tülkü” və “Dovşanın evi” tamaşalarının rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, “Danışan gəlincik” tamaşasının rejissoru isə İlhamə Əhmədovadır.

Açılışda illüziyaçı Tofiq İsgəndərli maraqlı nömrələr təqdim edib, aktyorların ifasında müxtəlif rəqslər, əyləncəli oyunlar nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.