MƏDƏNİYYƏT


Bakı Xətai Sənət Mərkəzi növbəti rəsm müsabiqəsinə start verib

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində ümumrespublika akvarel rəsm müsabiqəsi keçiriləcək.

AZƏRTAC sənət mərkəzinin saytına istinadla bildirir ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

İştirak etmək istəyənlər oktyabrın 30-dək əsərlərini Bakı Xətai Sənət Mərkəzinə təqdim etməlidir.

Müsabiqənin təşkil olunmasında məqsəd akvareli yaşatmaq və gələcək inkişafına stimul yaratmaqdan ibarətdir.

Müsabiqə çərçivəsində istedadlı rəssamların yüksək bədii dəyərə malik sulu boya ilə çəkilmiş yeni əsərləri seçilərək sərgilənəcək. Müsabiqəyə akvarel texnikası ilə çəkilmiş, öncə sərgilənməmiş əsərlər qəbul olunacaq.

Qeyd edək ki, mövzu sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.