MƏDƏNİYYƏT


Bakı Xətai Sənət Mərkəzi rəsm müsabiqəsi keçirir

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində ümumrespublika akvarel rəsm müsabiqəsi təşkil olunacaq.

Sənət mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. İştirak etmək istəyənlər oktyabrın 30-dək əl işlərini Bakı Xətai Sənət Mərkəzinə təqdim etməlidir.

Müsabiqənin məqsədi rəssamlar arasında müvafiq yaradıcılıq texnikasını yaşatmaq və gələcək inkişafına stimul yaratmaqdır. Müsabiqəyə təqdim edilən rəsmlər sırasından bədii dəyərə malik əsərlər seçilərək sərgilənəcək. Mövzu sərbəstdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.