MƏDƏNİYYƏT


Bakı Xətai Sənət Mərkəzində rəsm müsabiqəsinin yekun sərgisi açılacaq 

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 30-da Bakı Xətai Sənət Mərkəzində “İstedad sorağında-2” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

AZƏRTAC sənət mərkəzinin “facebook” səhifəsinə istinadla bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq sərgidə 70-dən çox fırça ustasının müxtəlif mövzulu sənət əsəri nümayiş olunacaq.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.