MƏDƏNİYYƏT


Bakı Xətai Sənət Mərkəzində sərgi açılacaq

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində “Şimali Kipr Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə “Türkiyə universitetləri məzunları” İctimai Birliyi və Şimali Kiprin Bakı nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Müsabiqənin təşkil olunmasında məqsəd balaca fırça ustalarının Şimali Kipr türklərinin adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi və geyim mədəniyyətlərini fırça vasitəsi ilə canlandırmaqdan ibarətdir. Təqdim olunan əsərlərdə mövzu və düzgün kompozisiyalara üstünlük veriləcək.

Müsabiqəyə Azərbaycanın bütün regionlarından 18 yaşadək fırça ustaları qatıla bilər. İştirak etmək istəyənlər əsərlərini noyabrın 10-dək Bakı Xətai Sənət Mərkəzinə təqdim etməlidir.

Noyabrın 18-də mərkəzdə müsabiqəyə təqdim olunan əsərlərdən ibarət sərgi açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.