MƏDƏNİYYƏT


Bakı Xətai Sənət Mərkəzində yeni rəsm müsabiqəsi

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzi “Qardaş türk xalqlarını tanıyaq” devizi altında “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı uşaq rəsm müsabiqəsinə start verib.

AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Müsabiqənin təşkil olunmasında məqsəd azərbaycanlı uşaqların qardaş özbək xalqının adət ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi, insanlarının xarakteri və geyim mədəniyyətini necə görmələrini öz fırçaları ilə canlandırmaq, onlarda bu haqda maraq yaratmaqdan ibarətdir.

Mövzu və düzgün kompozisiyanın üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işlənmiş olduğu əsərləri seçiləcək.

Sərgidə Azərbaycanın bütün bölgələrindən 12 yaşınadək uşaqlar iştirak edə bilər. İştirak etmək istəyən uşaqlar əsərlərini oktyabrın 20-dək Xətai Sənət Mərkəzinə təqdim etməlidir. Seçilmiş əsərlər Özbəkistanda müxtəlif rəsm festivallarında nümayiş olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.