ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyası Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası ilə əməkdaşlıq edəcək

A+ A

Bakı, 20 dekabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası (QMXA) arasında əməkdaşlığa dair saziş imzalanıb.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, BXA-da QMXA-nın prorektorları, dekan və şöbə müdirlərindən ibarət nümayəndə heyəti ilə keçirilən görüşdə hər iki akademiyanın təhsil pillələri, tədris planları və proqramları, buraxılış imtahanları, konsert fəaliyyəti, ustad dərsləri və bu kimi digər mühüm məsələlər barədə müzakirələr aparılıb.

Vurğulanıb ki, nümayəndə heyətinin Bakıya səfərinin məqsədi təhsilin bütün pillə və səviyyələrini özündə ehtiva edən bu qocaman akademiya ilə tanışlıq, təcrübə mübadiləsi aparmaq, hər iki təhsil ocağının müəllimləri arasında münasibətlərin qurulması və birgə səmərəli əməkdaşlıq üçün müvafiq sazişin imzalanmasıdır.

Akademiya ilə tanışlıqdan məmnunluğunu bildirən QMXA-nın prorektoru Cəmilə Tuleubaeva qeyd edib ki, BXA xoreoqrafiya sahəsində bir çox ölkələrdə müvafiq istiqamətdə fəaliyyət göstərən təhsil ocaqlarına örnək ola bilər. QMXA yaranmış bu imkandan mütləq səmərəli istifadə edəcək.

Sonra BXA-nın yeni məşq zalları, auditoriyaları, inzibati və yeni tədris korpusları ilə tanış olan qonaqlar akademiyanın baş müəllimi Pullumb Ağalıyayın, Əməkdar Mədəniyyət İşçisi Lyudmila Qutlyanskayanın klassik rəqs, baş müəllim, Xalq Artisti Yusif Qasımovun milli rəqs dərslərində iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.