MƏDƏNİYYƏT


Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konserti

Bakı, 6 fevral, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC

Fevralın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tələbələr Azərbaycan və dünya xalqlarının rəqslərini ifa ediblər.

Gənc rəqqasların təqdim etdikləri “Azərbaycan süitası” adlı kompozisiya, “Naz eləmə”, “Gülə-gülə” və digər milli rəqslərimiz böyük maraqla qarşılanıb.

Bakı Xoreoqrafiya Akademiyasının tələbələri “Yallı” rəqs kompozisiyası ilə konsertə yekun vurublar.

Konsertin bədii rəhbəri Xalq Artisti Gülağası Mirzəyev, quruluşçu baletmeysteri Xalq Artisti Yusif Qasımovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.