CƏMİYYƏT


Bakı Xoreoqrafiya Akademiyasında Milli Dirçəliş Günü qeyd olunub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə bu gün haqqında geniş məlumat verilib, BXA-nın tələbələrinin iştirakı ilə bədii-musiqili kompozisiya təqdim olunub.

Akademiyanın ictimai fənlər kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, professor Maral Manafova tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə BXA-nın rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyevə minnətdarlığını bildirib. Tədbirin mahiyyətindən danışan professor onun maarifləndirici funksiyasını qeyd edib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işinə dəstək verdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.