ELM VƏ TƏHSİL


Bakı Xoreoqrafiya Akademiyasının kafedra müdiri Rusiyada ustad dərsləri keçib

Bakı, 13 iyun, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) çalışan elmi-pedaqoji heyətin xoreoqrafiya, xüsusilə də balet və milli rəqs üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətindəki fəaliyyəti bu sahəyə olan marağın artmasına səbəb olub. Artıq BXA-nın uğurları nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də rəğbətlə qarşılanır.

Bakı Xoreoqrafiya Akademiyasının klassik rəqs kafedrasının müdiri, Əməkdar Mədəniyyət İşçisi Mayra Almaszadə Rusiya Federasiyası Həştərxan vilayətinin uşaq musiqi və incəsənət məktəblərinin xoreoqrafiya şöbələrinin müəllimləri və konsertmeysterləri üçün iyunun 3-dən 7-dək ustad dərsləri keçib.

BXA-dan AZƏRTAC-a bildirilib ki, M.Almaszadə Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin Bədii Təhsil, Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin dəvəti ilə Rusiyaya səfər edib. İnteraktiv şəkildə təşkil olunan ustad dərslərində klassik rəqs elementləri, hərəkətlər, rəqs metodikasının xüsusiyyətləri, bəzi balet tamaşalarının quruluşları praktiki nümayiş etdirilib, müzakirələr aparılıb. Müzakirələrdə konsertmeyster sənətinin vacibliyi vurğulanıb və növbəti dəfə Bakı Xoreoqrafiya Akademiyasının digər müəllimlərinin də ustad dərsləri keçmək üçün dəvət olunacaqları qeyd edilib.

Səfər çərçivəsində M.Almaszadə Həştərxan vilayətinin bir sıra mədəniyyət müəssisələri, tarixi-mədəni obyektləri, o cümlədən Opera və Balet Teatrı və balet artistləri ilə tanış olub, perspektiv əməkdaşlıq barədə danışıqlar aparıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.