MƏDƏNİYYƏT


Bakı Xoreoqrafiya Akademiyasının məzunu təhsilini Rusiyanın nüfuzlu ali təhsil ocağında davam etdirəcək

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasında məzunların dünyanın aparıcı təhsil müəssisələrində oxumasına və çalışmasına nail olunması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə aparılan işlərin bəhrəsi olaraq Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsinin məzunu Bəhruz Əliyev aktyor və rejissor ixtisası üzrə Rusiya Federasiyasının B. Şükin adına Teatr İnstitutuna daxil olub.

Qeyd edək ki, B.Əliyev uşaq yaşlarından valideynləri tərəfindən incəsənətə, xüsusilə də rəqs sənətinə yönəldilərək Bakı Xoreoqrafiya Məktəbinə qəbul edilib, Əməkdar Müəllim Pullumb Aqaliyayın sinfində xoreoqrafiyanın sirlərini öyrənib. O, 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirərək “balet artisti” ixtisası üzrə orta ixtisas təsili haqqında diplom alıb. Oxuduğu müddət ərzində balet sənəti və ümumiyyətlə rəqsdə qazandığı uğurlar onda aktyor sənətinə də maraq oyadıb. İlk sənət təcrübələrini hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində keçən Bəhruz Əliyev, dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasında iştirak edəndən sonra gələcəyini məhz aktyorluq sənəti ilə bağlamağa qərar verir. B.Əliyevin Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçirilən Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I Beynəlxalq Müsabiqədə tələbə dostlarının tərəf müqabili qismində çıxış etməsi böyük tamaşaçı marağına səbəb olub. Bakı Xoreoqrafiya Akademiyası məzununa yaradıcılıq uğurları arzulayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.