CƏMİYYƏT


Bakı Xoreoqrafiya Akademiyasının regionlarda seminarları davam edir

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşəbbüsü ilə Şəkidəki İ.Nakam adına mərkəzi kitabxanada “Milli musiqi və rəqs sənətinin təbliği üzrə peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda interaktiv seminar keçirilib. Tədbirdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, musiqi və incəsənət məktəblərinin nümayəndələri və təhsilalanlar iştirak ediblər.

BXA-dan AZƏRTAC-a bildiriblər ki, seminarda bu ali təhsil müəssisəsinin bakalavriat və magistratura şöbəsinin müdiri Apdin Əlizadə, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə Xoreoqrafiya Akademiyasının fəaliyyəti, keçdiyi tarixi inkişaf yolu, uğur və nailiyyətləri, buradakı tədris prosesi barədə məlumat veriblər. Qeyd olunub ki, cari tədris ilində BXA-da ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı, sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib. Növbəti tədris ilində ixtisas saylarının artırılması, musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rəqs, musiqi müəllimliyi və rejissorluq kimi ixtisasların açılması planlaşdırılır.

Tədbirdə suallar cavablandırılıb, bu cür görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.