ELM VƏ TƏHSİL


Bakı Yay Ətraf Mühit Məktəbi təşkil ediləcək

Bakı, 10 iyul, AZƏRTAC

Qərb Universitetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda biomüxtəlifliyin inteqrasiyalı idarə olunması” proqramı üzrə iyulun 12-dən 14-dək birgə ətraf mühitin mühafizəsinə dair Bakı Yay Ətraf Mühit Məktəbi təşkil ediləcək.

Qərb Universitetindən AZƏRTAC-a bildirilib ki, Harvard Universitetinin metodologiyası əsasında hazırlanmış üçgünlük təlim proqramı çərçivəsində iştirakçılar “Ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi” mövzusunda biliklər əldə edəcəklər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən “Cənubi Qafqazda biomüxtəlifliyin inteqrasiyalı idarə olunması” proqramı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində indiki və gələcək nəsillər üçün biomüxtəliflik və ekosistem xidmətlərini mühafizə etmək məqsədini daşıyır. Proqramın hazırkı fəaliyyəti milli, yerli və regional istiqamətlərdə həyata keçirilir.

Layihənin tərəfdaşlarından biri - ölkənin aparıcı təhsil ocaqlarından olan Qərb Universiteti növbəti tədris ilindən ekologiya mühəndisliyi ixtisası üzrə də kadr hazırlayacaq. Eyni zamanda, universitetdə bu sahə ilə bağlı ən yüksək standartlara cavab verən laboratoriyaların qurulması istiqamətində addımlar atılıb. Laboratoriyaların təşkili bu sahədə böyük təcrübəsi olan alman şirkətləri ilə birgə həyata keçirilir. Ən müasir cihazlarla təchiz olunacaq laboratoriyalarda aparılacaq bir sıra təcrübə və tədqiqatlar ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.