CƏMİYYƏT


Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

A+ A

Bakı, 7 fevral, AZƏRTAC

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan AZƏRTAC-a verilən məlumata görə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum türk dünyasının media təşkilatları ilə sıx əlaqələrə malikdir. Qarşılıqlı əməkdaşlıq ortaq dəyərlərə malik xalqların və toplumların bir-birinə inteqrasiyasına dəstək baxımından mühüm əhəmiyyət daşımaqdadır. Ə.Amaşov, həmçinin qeyd edib ki, Yunus Əmrə Fondu ortaq türk dəyərlərinin yaşadılması istiqamətində fəaliyyəti ilə seçilən qurumlardandır. Mətbuat Şurası bu qurumla əməkdaşlıqda maraqlıdır.

İbrahim Yıldırım bildirib ki, Yunus Əmrə Fondunun nəzdində fəaliyyət göstərən Bakı Yunus Əmrə İnstitutu 2009-cu ildə yaradılıb. Ötən müddət ərzində institut türk dili və mədəniyyətinin təbliği istiqamətində layihələr, təşəbbüslər reallaşdırıb. İ.Yıldırım, həmçinin diqqətə çatdırıb ki, institut media ilə qarşılıqlı əlaqələrə böyük önəm verir. Mətbuat Şurası ilə təmasların da bu baxımdan əhəmiyyətli olacağına inanır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, perspektiv əməkdaşlığın konkret tərəflərinin müəyyənləşdirilməsi ilə bağlı razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.