CƏMİYYƏT


Bakı Zooloji Parkı dizaynerlər üçün müsabiqə elan edir

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Bakı Zooloji Parkı üçün yeni loqonun hazırlanması ilə bağlı müsabiqə keçirilir.

Zooloji Parkdan AZƏRTAC-a bildirilib ki, dizaynerlərdən öz təkliflərini noyabrın 1-dək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur (əlaqə nömrəsi 0504902489). Qaliblər hədiyyə və pul mükafatı ilə təltif olunacaqlar. Həmçinin yeni loqonun müəllifinin adının əks olunduğu lövhə Zooloji Parkda yerləşdiriləcək.

Bakı Zooloji Parkı 2018-ci ildə 90 illik yubileyinə hazırlaşır. Yubiley ərəfəsində Zooloji Parkda əsaslı yenidənqurma və bərpa işlərinin aparılması planlaşdırılır. Təmir-quruculuq tədbirləri çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi, buranın ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və qəfəslərin beynəlxalq standartlara uyğunlaşdırılması, ərazidə müxtəlif təyinatlı əyləncə obyektlərinin istismara verilməsi və s. nəzərdə tutulur. Eyni zamanda, Zooloji Parkın fəaliyyətinin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqənin təkmilləşdirilməsi məqsədilə yeni internet resursları, o cümlədən yeni internet səhifəsi və sosial şəbəkələrdə səhifələr yaradılacaq.

Bununla yanaşı, Zooloji Parkın rəmzlərinin də müasir tələblərə uyğunlaşdırılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.