İDMAN
“Bakı” basketbol klubu Gürcüstan çempionatında növbəti oyunlarını keçirib
Bakı, 6 dekabr, AZƏRTAC
On səkkiz yaşadək basketbolçular arasında Gürcüstan çempionatında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatda iştirak edən və əsasən U-16 millimizin üzvlərindən ibarət “Bakı” klubu “Zaza-1” komandası ilə görüşdə 38:55 hesabı ilə uduzub. “Gori” komandası ilə qarşılaşma daha gərgin keçib. Sonadək bərabər səviyyədə keçən oyunda Gürcüstan təmsilçisi qalib gəlib – 59:52.
Qeyd edək ki, “Bakı” çempionatda keçirdiyi 5 oyunun ikisində qalib gəlib və hazırda hesabında 7 xalı var. Təmsilçimiz ilk mərhələdə sonuncu görüşünü dekabrın 9-da “Kutaisi” komandasına qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]