İDMAN


Bakı bulvarında həvəskarlar arasında şahmat turniri keçiriləcək

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı bulvarında həvəskarlar arasında şahmat turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Şahmat Federasiyasının dəstəklədiyi turnirin məqsədi ölkədə olimpiya hərəkatının təbliği və bu idman növünün kütləviləşdirilməsidir. Layihə idmançılarımızın və paralimpiyaçılarımızın Rio Olimpiadalarında uğurlu çıxışına, Ümumdünya Şahmat Olimpiadasına, habelə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına həsr olunub.

Turnir oktyabrın 2-də estrada ulduzlarının çıxışı və qaliblərin mükafatlandırılması ilə başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.