İDMAN


“Bakı” klubunun gənc basketbolçuları Gürcüstan birinciliyində ilk qələbələrini qazanıblar

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC 

Gürcüstanda 18 yaşadək basketbolçular arasında ölkə birinciliyinə start verilib.

AZƏRTAC xəbər verir ki, çempionatda iştirak edən Azərbaycanın “Bakı” klubu ilk oyununu “Akademiya” kollektivinə qarşı keçirib. Görüş rəqib komandanın 76:56 hesablı qələbəsi ilə yekunlaşıb.

Samit Nuruzadənin yetirmələri ikinci turda “Dinamo” ilə qarşılaşıblar. Bu oyunda isə “Bakı” komandası qələbə qazanıb – 65:51. Paytaxt klubunun heyətində Şirzad Şirzadov 20 xalla qarşılaşmanın ən məhsuldar basketbolçusu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.