MƏDƏNİYYƏT


Bakı məktəbliləri “Puşkiniana”da iştirak ediblər

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) keçirilən XIX “Puşkiniana”da 23 məktəbdən 200-dən çox şagird iştirak edib. Onlar Aleksandr Puşkinin şeirlərini oxumaq, şairin əsərləri əsasında səhnəciklər göstərmək və müvafiq mövzu üzrə multimedia təqdimatları istiqamətlərində yarışıblar.

AZƏRTAC RİMM-in saytına istinadla xəbər verir ki, bu il layihə “A.Puşkin iki əsrin güzgüsündə” adı altında keçirilir. Layihənin təşkilatçıları Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudnuçestvo” Agentliyinin Bakıdakı nümayəndəliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasıdır.

Münsiflər heyətinə “Çeşmə” (“Rodnik”) Respublika Ədəbi Birliyinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Valentina Əfəndiyeva rəhbərlik edib.

“Puşkiniana”nın qalibləri iyunun 6-da – Aleksandr Puşkinin doğum günü və Rus Dili Günündə Bakı Slavyan Universitetində

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.