İDMAN


Bakı məktəbliləri arasında voleybol yarışına yekun vurulub

Bakı, 19 aprel, AZƏRTAC

Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin idman zalında Bakı məktəbliləri arasında voleybol (oğlanlar) yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, paytaxt məktəblərinin VII–IX sinif şagirdlərinin iştirakı ilə təşkil olunan yarışda Xəzər rayonu 117 nömrəli tam orta məktəbin komandası birinci olub. Xətai rayonu 221 nömrəli tam orta məktəb yarışı ikinci, Nizami rayonu 220 nömrəli məktəb–liseyin komandası isə üçüncü pillədə başa vurublar.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər mükafatçıları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda ilk üç yeri tutmuş komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.