ELM VƏ TƏHSİL


Bakı məktəblilərindən növbəti qələbə

Bakı, 22 iyun, AZƏRTAC

Paytaxtda taekvando idman növü üzrə IV Bakı Açıq Çempionatı keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, yarışda Azərbaycan və Gürcüstanı təmsil edən 6-15 yaşlı idmançılar mübarizə aparıblar.

Turnirin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 49 şagird çempionatın qalibləri sırasında yer alıb. Müxtəlif çəki dərəcələri üzrə məktəblilərdən 14-ü birinci, 19-u ikinci, 16-sı üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, yarışda Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin beş, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının dörd, Cəbrayıl rayon Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbin iki, Laçın rayon 28 nömrəli tam orta məktəbin bir, “Ankara məktəbi” məktəb-liseyin bir şagirdi və Gürcüstandan olan iki idmançı da qaliblər sırasına düşüb.

Qaliblər medal və diplomla təltif ediliblər.

Xatırladaq ki, bir müddət əvvəl kikboksinq idman növü üzrə Gürcüstanda təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 10-u birinci, 6-sı ikinci, 3-ü üçüncü yerə layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.