MƏDƏNİYYƏT


Bakı məktəblisi Gürcüstanda beynəlxalq müsabiqənin qalibi olub

Bakı, 3 iyul, AZƏRTAC

Batumidə “Wonderland – Gürcüstandan məhəbbətlə” III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsi keçirilib.

Təşkilatçılar AZƏRTAC-a bildiriblər ki, müsabiqədə Azərbaycan, Qazaxıstan, Ukrayna, Rusiya, Latviya, Belarus və başqa ölkələrdən kollektivlər çıxış ediblər.

Beynəlxalq münsiflər heyətində tanınmış mədəniyyət və incəsənət xadimləri, əlaqədar ali məktəblərin aparıcı müəllimləri təmsil olunublar.

Münsiflər heyətində Azərbaycanı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin vokal müəllimi Dmitri Babayev təmsil edib.

Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Fikrət Əliyev və Selin Hüseynova birinci və üçüncü dərəcəli laureat adlarına layiq görülüblər.

Fikrət Əliyev 5-10 yaşlı vokalçıların qrupunda pop-vokal nominasiyasında 1-ci yerə sahib olub. Selin isə elə həmin yaş qrupunda estrada vokalı nominasiyasında üçüncü yeri tutub.

“Wonderland – 2016” Qran-Prisinin qalibi Ləman Abbaszadə festivalın ənənəsinə görə, mükafat qazananların qala-konsertində iştirak edib, habelə “Wonderland -2017”nin qaliblərinə Qran-Pri mükafatını təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.