MƏDƏNİYYƏT
Bakı məktəblisi beynəlxalq müsabiqənin laureatı olub
Bakı, 5 dekabr, AZƏRTAC
İtaliyanın Sereqno şəhərində Ettore Pozzoli adına gənc pianoçuların üçüncü beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqənin “B” kateqoriyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin V sinif şagirdi Nuray Əliyeva çıxış edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə 10 ölkədən gənc pianoçular iştirak edib. Yarışmanın beynəlxalq dərəcəli münsiflər heyəti Nurayı “Partecıpazıone-Sertıfıkato de Merıto” diplomuna layiq görüb. Tamaşaçılar arasında keçirilən rəy sorğusuna əsasən isə həmyerlimiz III dərəcəli mükafat alıb və müsabiqənin laureatı adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [14:23]
"Qədim Şabran" abidəsində Novruz şənliyi
- 19.03.2024 [13:29]
Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar
- 19.03.2024 [12:08]
Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb
- 19.03.2024 [12:00]
Azərbaycan poeziyası İspaniyada
- 19.03.2024 [00:01]
Bu gün Torpaq çərşənbəsidir
- 18.03.2024 [19:32]