ELM VƏ TƏHSİL


Bakı məktəblisi qızıl medal qazanıb

Bakı, 31 may, AZƏRTAC

Bakı məktəblisi Ukraynada kikboksinq idman növü üzrə gənclər arasında keçirilən beynəlxalq yarışda birincilik qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Cəlal Əliyev turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, C.Əliyev qızıl medal və birinci dərəcəli diplomla mükafatlandırılıb.

Qeyd edək ki, yarışda Azərbaycan ilə yanaşı, Ukrayna, Gürcüstan, Belarus və Moldovadan olan idmançılar qələbə uğrunda mübarizə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.