CƏMİYYƏT


Bakı şəhər sakini evində yanaraq ölüb

Bakı, 7 iyun, AZƏRTAC

Sumqayıt şəhərinin Saray bağlar sahəsində Bakı şəhər sakini Rasim Rəsulova məxsus evdə yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, elektrik naqillərinin qısa qapanması səbəbindən baş verən hadisə nəticəsində mətbəxin 12 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin tüstüdən boğulmuş cəsədi tapılıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.