CƏMİYYƏT


Bakı şəhər sakinindən 8 kiloqramdan çox marixuana götürülüb

Bakı, 5 iyun, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehman Əliyevdən 8 kiloqram 20 qram marixuana götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Kazımovdan 480 qram marixuana götürüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.