Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün yeni binanın təməli qoyulub

Bakı, 1 may, AZƏRTAC

Azərbaycanda müstəqil məhkəmə sisteminin formalaşdırılması və inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr yaradılıb, hakimlərin seçimində ən şəffaf qaydalar tətbiq edilir, onların tədrisi ən qabaqcıl metodikalarla aparılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilərək bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun infrastruktur yaradılır, müasirliyi və qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə fərqlənən yeni məhkəmə binalarının və konseptual baxımından yeni olan məhkəmə komplekslərinin inşası aparılır. Artıq bir neçə məhkəmə üçün müasir binalar tikilərək istifadəyə verilib.

Məhkəmə sisteminin inkişafı üzrə görülən işlərin davamı olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində - mayın 1-də Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dünya Bankının ölkə üzrə meneceri Larisa Leşçenko, habelə hakimlər, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

İnşa olunacaq yeni məhkəmə binasının ümumi sahəsi 5 min kvadratmetrdən çoxdur. Altı mərtəbədən və zirzəmi qatından ibarət olacaq bina ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqla təchiz ediləcək, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaq.

Tədbir iştirakçıları Nərimanov Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olduqdan sonra məhkəmənin təməli qoyulub.

Mərasimdə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin sürətli iqtisadi tərəqqiyə nail olduğunu, əhalinin rifahının günbəgün yaxşılaşdığını, Azərbaycanın dünyada imicinin xeyli yüksəldiyini vurğulayıb. Nazir respublikamızın sosial-iqtisadi tərəqqisi çərçivəsində ədliyyə və məhkəmə islahatlarının nailiyyətlərini qeyd edib. Bildirib ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilib. Bu sahədə qanunvericiliyə əsaslı dəyişikliklər edilib, hakimlərin sayı iki dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb, hər bir hakimə köməkçi ştatı ayrılıb, eləcə də hakimlərin maddi təminatı xeyli yaxşılaşdırılıb.

Nazir, həmçinin Dünya Bankı ilə birgə həyata keçirilən uğurlu layihələr çərçivəsində, eləcə də dövlət büdcəsi hesabına respublikanın müxtəlif bölgələrində məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlərdən danışaraq artıq 5 rayon məhkəməsi üçün ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni binaların istifadəyə verildiyini, 11 məhkəmə üçün bina və komplekslərin intensiv inşasını qeyd edib. F.Məmmədov Nərimanov Rayon Məhkəməsinin müasir binasının inşasının qanunun aliliyinə, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsinə, vətəndaşlara qayğılı münasibət göstərilməsinə xidmət edəcəyinə, məhkəmələrə çatımlılığı daha da asanlaşdıracağına əminliyini ifadə edib.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, yeni tikilən məhkəmələrdə qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, “elektron məhkəmə” informasiya sisteminin yaradılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi qeyd olunub.

Dünya Bankının ölkə üzrə meneceri çıxış edərək Azərbaycanın hərtərəfli dinamik tərəqqisini, dövlətimizin məhkəmə hakimiyyətinin inkişafına göstərdiyi xüsusi diqqəti təqdir edib, Bankın ölkəmizlə səmərəli əməkdaşlığını, birgə həyata keçirilən layihələrin uğurlu nəticələrini, maliyyə resurslarından düzgün istifadə olunmasını yüksək qiymətləndirib. L.Leşçenko xüsusilə qeyd edib ki, Dünya Bankının ədliyyə sahəsində layihələrindən ən uğurlu və nadir hesab etdiyi bu layihə çərçivəsində yaradılan müasir məhkəmə infrastrukturunun səviyyəsinə görə Azərbaycan öndə olmaqla digər dövlətlərə örnəkdir. O, ən müasir İKT-lər təchiz olunmaqla yeni məhkəmə binalarının inşasının ədalət mühakiməsinin çatımlığının asanlaşdırılmasına, şəffaflığına, o cümlədən “elektron məhkəmə” informasiya sisteminin tətbiqi işinə xidmət etdiyini vurğulayıb.

Rayon icra hakimiyyətinin başçısı A.Fərzəliyev və digər çıxış edənlər respublikamızın hərtərəfli dinamik tərəqqisinə, xüsusilə məhkəmə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilib.

Daha sonra ədliyyə naziri F.Məmmədov və Dünya Bankının ölkə üzrə meneceri L.Leşçenko arasında işgüzar görüş keçirilib, layihə çərçivəsində görülən işlərə, qarşılıqlı fəaliyyətin prioritetlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub