İQTİSADİYYAT


Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar oktyabrın 5-də saat 09:00-dan 18:00-dək Bakının Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan işlərin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.