İQTİSADİYYAT
Bakı şəhərində daha bir yeni yol istifadəyə veriləcəkdir VİDEO
Bakı, 1 aprel (AZƏRTAC). Metronun “Gənclik” stansiyasının yaxınlığında salınmış yeni yol bir neçə gündən sonra istifadəyə veriləcəkdir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yeni salınmış ikizolaqlı yolun uzunluğu 800, eni 6,5 metrdir. Hazırda yolun kənarına səki salınır. Bu iş bitdikdən sonra yola asfalt döşənəcək və yol işarələri çəkiləcəkdir.
İndi nəqliyyat vasitələri Vaqif prospektindən metronun “Gənclik” stansiyasının yaxınlığındakı yeraltı tunel vasitəsilə Atatürk prospektinə, digər köməkçi yolla isə Fətəli xan Xoyski küçəsinə çıxırlar. Yeni yol istifadəyə verildikdən sonra avtomobillər Vaqif prospektindən birbaşa həm Fətəli xan Xoyski, həm də Əhmədbəy Ağaoğlu küçəsinə, oradan da Təbriz küçəsi istiqamətinə çıxa biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]