İQTİSADİYYAT


Bakı sərnişin stansiyasındakı təmir işləri ilin sonunda yekunlaşacaq

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Bakı sərnişin stansiyasındakı təmir işləri bu ilin sonunda yekunlaşacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC-nin sədri Cavid Qurbanovun Bakı sərnişin stansiyasında aparılan yenidənqurma işləri ilə tanışlığı zamanı məlumat verilib ki, hazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir. Sürətlə davam edən əsaslı təmir işlərinin bu ilin sonunda başa çatması nəzərdə tutulur. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

C.Qurbanov təmir-tikinti işlərinə baxış keçirdikdən sonra öz tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin stansiyasında müasir dövrün tələblərinə cavab verməsi üçün yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. 2015-ci ilin martında isə əsaslı təmir işlərinə start verilib.

XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.