CƏMİYYƏT


Bakı taksiləri videomüşahidə sistemi ilə təchiz olunur

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

"OK TAXI" taksi sifarişi xidməti taksilərində müasir videomüşahidə sistemini tətbiq etməyə başlayıb.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, "OK TAXI"nin satış və marketinq üzrə meneceri Korkmaz Akyüzün sözlərinə görə, yenilik avtodayə layihəsi çərçivəsində həyata keçirilir. Videomüşahidə sisteminin tətbiqi valideynlərə övladlarını taksidə istənilən yerə çatdırılması zamanı nəzarətsiz qoymamağa imkan verəcək. Daşınma zamanı avtomobildən müştərinin mobil telefon və ya kompyuter vasitəsilə real vaxt rejimində izləyə biləcəyi onlayn translyasiya aparılır.

Yeni xidmətin testləşdirilməsi sentyabrın 15-nə qədər davam edəcək və yeni dərs ilinin başlanması ilə hər kəs pulsuz *3003-ə zəng etməklə avtodayə xidmətindən istifadə edə biləcək.

"OK TAXİ"nin avtodayə layihəsi haqqında daha ətraflı məlumatla http://avtodaye.oktaxi.az saytında tanış olmaq mümüknür.

Qeyd edək ki, taksi sifarişi xidməti yerli bazarda öz fəaliyyətini 2015-ci ildən etibarən həyata keçirir. Şirkətin müştərilərinə göstərilən xidmətlərə xüsusi təkliflər daxildir: şəhər üzrə transferlər (5 kilometr - 2.80 manat), hava limanına transfer (9.7 manat), korporativ taksi (kilometr 0.35-dən 0.50 manatadək), ayıq sürücü (şəhər daxilində 7 manat).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.