Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakı yenidən beynəlxalq teatr konfransına ev sahibliyi edir VİDEO

Bakı, 5 noyabr, G.Ağayeva, T.Abdullayeva, AZƏRTAC

Noyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə birinci və ikinci Bakı Beynəlxalq Teatr konfranslarından bəhs edən videomaterial nümayiş olunub.

Beynəlxalq teatr konfransını açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının inkişaf tarixinin mərhələlərindən, uğurlarından, beynəlxalq əlaqələrindən, gələcək vəzifələrindən geniş söz açıb.

Aktual mövzunu əhatə edən III Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də Azərbaycan mədəni həyatında dəyərli bir hadisədir və yaradıcı ictimaiyyət tərəfindən maraqla izlənilir. Bu beynəlxalq tədbir çərçivəsində dünyanın görkəmli teatr biliciləri yaradıcılıq uğurlarına nəzər salacaq, təcrübələri bölüşəcək, səhnə sənətinin müasir və aktual estetik problemlərini elmi-nəzəri və yaradıcılıq kontekstində dərindən araşdıracaqlar.

Nazir vurğulayıb ki, III Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm, tolerantlıq kimi qlobal dəyərlərin inkişafına həssas münasibətinin əyani sübutudur. Beynəlxalq Teatr Konfransı ictimai layihə deyil, dövlət tədbiri olub, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilir.

Konfransa dünyanın 40-dan çox ölkəsindən teatr tənqidçiləri, teatrın tarixi və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar, xoreoqraflar və menecerlər toplaşıblar. Bu görkəmli sənət adamlarının məramı və məqsədi yaradıcı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq çərçivəsində çağdaş teatrın problemlərinin həllinə yardımçı olmaq, dünya teatr sənətinin gələcək inkişaf istiqamətlərini müəyyən etməkdən ibarətdir.

Hazırda ölkəmizdə 26 dövlət teatrının, bələdiyyə, antrepriz və özəl teatrların fəaliyyət göstərdiyini söyləyən nazir vurğulayıb ki, son illər Azərbaycanda yeni teatr təsisatlarının yaradılmasına xüsusi diqqət yetirilir. Onların arasında “ÜNS” yaradıcılıq səhnəsini xüsusi qeyd etmək olar.

Azərbaycanda teatr sənətinin yüksəlişinə xidmət edən mühüm dövlət sənədlərinin qəbul edilməsi onu göstərir ki, teatr sənətinə xalqın gərəkli mənəvi, mədəni sərvəti prizmasından yanaşma Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ciddi şəkildə qorunur və müasir tələblərə uyğun davam etdirilir.

Nazir işğal altında olan qədim Azərbaycan torpaqlarında məhv edilmiş mədəniyyət abidələri və ocaqları barədə də məlumat verərək, bu dağıdıcı proseslərin teatr sənətimizdən də yan keçmədiyini vurğulayıb.

Bu gün Azərbaycanda qaynar mədəni həyat yaşandığını söyləyən Ə.Qarayev ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq tədbirlərin Azərbaycanı dünyanın böyük mədəniyyət mərkəzlərindən birinə çevirdiyini qeyd edib. Toplaşdığımız teatr konfransı da belə tədbirlər sırasındadır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bildirib ki, III Bakı Beynəlxalq Teatr Konfransının “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusuna həsr olunması son dərəcə simvolik və qanunauyğun haldır. Bu gün həqiqətən də Azərbaycan hər bir ləyaqətli dünya vətəndaşı üçün multikultural məkana çevrilib desək yanılmarıq. Azərbaycan bu gün öz multikultural həyatını, təhlükəsizliyini yaradır və onun prinsiplərini müəyyənləşdirir.

Kamal Adbullayev vurğulayıb ki, multikulturalizm anlayışını həm bəşəri, həm də milli dəyərlərin eyni vaxtda mövcud olması kimi səciyyələndirmək olar. Bunu ən gözəl və əyani surətdə həyata keçirən məkan isə teatrdır. Multikultural dəyərlərlə yaşadığımızı bizə teatr hiss etdirir.

Azərbaycanda teatr sənətinin nümayəndələri ilə sıx dostluq münasibətləri qurduğunu söyləyən Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jak Trüdo vurğulayıb ki, bu, artıq onun Bakıya üçüncü səfəridir.

Azərbaycanın teatr ictimaiyyətinin, UNİMA-nın müxtəlif ölkələrdəki milli mərkəzlərinin nümayəndələrinin, tənqidçilərin bu beynəlxalq konfransda bir araya gəldiklərini xüsusi vurğulayan Jak Trüdo dedi ki, biz ümumi çağırışları, həyata keçirə biləcəyimiz layihələri birgə müzakirə edəcəyik. Şübhəsiz ki, bu beynəlxalq konfrans zamanı bəşəri dəyərlər kontekstində müzakirə olunacaq məsələlər çağdaş teatrın inkişafı, yenilənməsi baxımından hamımız üçün faydalı olacaq.

Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti xanım İvet Hardi konfransda multikulturalizmlə bağlı zəngin fikir mübadiləsinin aparılacağına ümid bəslədiyini qeyd edərək, müzakirə olunacaq məsələlərin dünya teatr prosesinə müsbət təsir göstərəcəyini bildirib.

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais deyib ki, artıq Bakıya beşinci dəfədir gəlir. Çox şadam ki, tənqidçilər assosiasiyanın Azərbaycanda formalaşmasına dəstəyimi göstərə bilmişəm.

Təmsil etdiyi təşkilat barədə məlumat verən qonaq vurğulayıb ki, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası təxminən 63 ölkədə fəaliyyət göstərir. Şadam ki, qurumun tədbirlərində Azərbaycan da yaxından iştirak edir.

Müxtəlif ölkədə nümayəndələrinin olduğunu söyləyən Beynəlxalq Teatr Rəssamları, Memarları və Texniki İşçiləri Təşkilatının prezidenti Luis Yansen bildirib ki, konfransda rəhbərlik etdiyi qurumla bağlı təqdimatları olacaq.

İkinci dəfədir beynəlxalq teatr konfransına qatıldığını söyləyən Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası idarə heyətinin üzvü Boris Daussa-Pastor deyib ki, Azərbaycanın həyata keçirdiyi beynəlxalq teatr layihələrində iştirakdan qürur duyur. İnanıram ki, bu tədbirlər birgə layihələrin reallaşmasına öz töhfəsini verəcək.

Noyabrın 6-da başa çatacaq III Bakı Beynəlxalq Teatr Konfransı işini plenar iclaslarla davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq